Hədəf və məqsədlərimiz

Strateji baxışımız: Bütün əməkdaşlarımız ilə birlikdə Atena markasını sahib olduğumuz yüksək keyfiyyət və texnologiya, yeni məhsullarımız və daima inkişaf edən strukturumuzla öncə Azərbaycanda və daha sonra dünya bazarında əhəmiyyətli bir markaya çevirmək.

Missiyamız: Atena, qanuni və hüquqi şərtlər çərçivəsində keyfiyyətli işgüzar mühit yaradan, tədarükçüsünü özü ilə birlikdə inkişaf etdirən, iş təhlükəsizliyini və müştəri məmnuniyyətini hədəf seçməklə gida təhlükəsizliyi və keyfiyyətli istehsal üsullarının tətbiqinə tam dəstək verən idarəetmə siyasətini mənimsəmiş və bu əsasda fəaliyyət göstərən bir istehsal şirkətidir.

İdarəetmə siyasəti: Süd və Süd məhsulları istehsalçısı olan, Ağcabədidə fəaliyyət göstərən Atena MMC istehsalçısı, işçiləri və tədarükçüləri ilə birlikdə insan sağlamlığına yüksək səviyyədə xidmət edərək böyüməyi, işçiləri ilə birlikdə istehsal və məhsuldarlığını artırmağı, keyfiyyətli və etibarlı məhsullar istehsal etməklə müştərisi ilə bütünləşib dünya markasına çevrilməyi özünə hədəf seçmişdir.

 

Atena MMC olaraq;

Müştərilərimizin və qanunvericliyin tələblərinə uyğun spesifikasiya və İSO 22000:2005 qida təhlükəsizliyi sisteminə uyğun, keyfiyyətli və gigiyenik şəraitdə istehsal edilmiş, qablaşdırılmış və çatdırılması təmin edilən məhsullarımız ilə müştərilərin məmnunluğunu təmin etmək,

Keyfiyyətə nəzarət sistemlərinin fermadan süfrəyə qədər nəzarətdə saxlanmasını təmin etmək və bunun üçün lazımi tədbirlər görmək,

Bütün işçilərinə iş sağlamlığı və işdə təhlükəsizlik qaydaları haqqında məlumat vermək, fərdi məsuliyyətlərini dərk etmələrini təmin etmək üçün treyninqlər təşkil etmək,

Keyfiyyət, qida təhlükəsizliyi ilə bağlı işçilərini, tədarükçüləri, müştəriləri və cəmiyyəti tədris və ünsiyyət vasitələrindən istifadə etməklə məlumatlandırmaq və onlara fərdi məsuliyyət anlayışını aşılamaq,

İşçilərlə birlikdə ortaq təlimlər keçirməklə inkişaf etmək, etdirmək, bununla ölkə miqyasında ixtisaslı kadrlar yaratmaq və ölkənin iqtisadiyyatına və inkişaf edən sənayesinə dəstək vermək,

İşçilərimizin həmişə şirkət daxilində və kənarda Atena MMC-nin hörmət və nəzakət qaydalarına uyğun şəkildə şirkəti təmsil etmələrini, işləyəcəkləri müddət ərzində bu qaydalara riayət etmələrini və bu prinsiplər əsasında münasibət qurmalarını təmin etmək,

Bütün işçilərin Şirkət hədəfləri ilə tanış olmasını təmin etmək və ortaq hədəflərə dogru komanda ruhunda addımlamaq,

Bütün işçilərlə daima təmasda olmaqla qarşılıqlı tələbləri dəyərləndirmək və rəhbərliyin məmnuniyyətini təmin etmək,

Tədarükçülərimizi sistemin ayrılmaz hissəsi və iş ortağı olaraq qəbul etmək, ortaq iş müddətinin davamlı və qarşılıqlı olmasını təmin etmək və şəraiti yaxşılaşdırmağa çalışmaq,

Tədarük prosesinin hər səviyyəsində insan sağlamlığını ön plana çəkməklə məhsulun etibarlılığının və keyfiyyətinin qorunmasını təmin etmək,

Müddət yanaşması ilə qurduğumuz və quracağımız bütün idarəçilik sistemlərinin periodik nəzərdən keçirmələrlə fəaliyyətini qiymətləndirmək və davamlı yaxşılaşdırmaq,

Yüksək keyfiyyətli yeni məhsullar axtarışında olmaq, yeni texnoloji nailiyyətləri təqib etmək və tətbiq etmək, məhsulları ətraf mühit amilinin təsirini ən az səviyyəyə endirəcək şəkildə qablaşdırmaq və daima inkişaf etdirmək,

Təbii mənbədən istifadəni ən az səviyyəyə endirə biləcək sistemlər tətbiq etmək, tullantıların azaldılması, geri qaytarma və çirkliliyin yerindəcə qarşısının alınması üçün çalışmaq, bu mövzuda şirkət üçün illik hədəfləri müəyyən etmək və davamlı inkişafı təmin etmək,

Bütün hüquqi şərtlərə əksiksiz riayət etmək,

Yuxarıda qeyd olunanlara riayət edəcəyimizi öhdəmizə götürürük.